2025-ci ilin aprel ayında Bakıda investisiya forumu keçiriləcək.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iyunun 28-də Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda keçirilən tədbirdə deyib.O bildirib ki, forumda yerli və xarici ölkələrdən nümayəndələr iştirak edəcəklər. Tədbirdə Azərbaycan, o cümlədən Qarabağ məhsullarının İslam ölkələrinə ixracı ilə bağlı müzakirələr aparılacaq.