İsrailin Qəzza zolağında Əl-Məvasi humanitar zonasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 11-ə çatıb. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, atəş nəticəsində azı 40 nəfər yaralanıb.
Bundan əvvəl Livanın “Al Mayadeen” telekanalı İsrail Hərbi Hava Qüvvələrinin Əl-Məvasiyə endirdiyi zərbənin ən azı dörd fələstinlinin qurbanı olduğunu bildirib. Hava hücumundan sonra hərbi texnika əraziyə daxil olub. (Tass)