Türkiyə qonşu Suriya ilə münasibətlərin normallaşdırılması təşəbbüslərinə açıqdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Suriya ilə normallaşma təşəbbüslərinə açığıq. Diplomatik əlaqələr qurmamaq üçün heç bir səbəb yoxdur. Əvvəlki kimi birlikdə hərəkət edə bilərik. Suriyanın daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Bilirsiniz ki, biz əvvəllər [Suriya prezidenti Bəşər] Əsədlə ailə dostları olmuşuq və dostluğu bərpa etməmək üçün heç bir səbəb görmürəm”, – Ərdoğan İstanbulda jurnalistlərə deyib. (Tass)