Çin hakimiyyəti hesab edir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammiti assosiasiya sahəsində əməkdaşlıqda yeni fəsil yazacaq və onun iştirakçıları arasında konsensusu gücləndirəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.
“Çin inanır ki, bu sammit iştirakçı tərəflərin hər biri arasında qarşılıqlı anlaşmanı gücləndirəcək və əməkdaşlıqda yeni fəsil yazacaq”, – o, brifinqdə deyib.
Rəsmi nümayəndə Astanada keçiriləcək forumun sabitliyin və təhlükəsizliyin təmin edilməsinə müsbət töhfə verəcəyinə, iştirakçı dövlətlərin inkişafına təkan verəcəyinə, “ortaq taleyi olan insan icması”nın formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib. O xatırladıb ki, rotasiya prinsipinə əsaslanan Çin tezliklə ŞƏT-in növbəti sədr ölkəsi olacaq.
“Çin buna böyük diqqət yetirir və hərtərəfli hazırlıq işlərinə başlayıb”, – Mao Ning əlavə edib. (Tass)