Polşanın xarici işlər naziri Radoslav Sikorski respublikanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) nümayəndəliyinin bağlanması barədə qərar qəbul edib.
“Sizə bildiririk ki, [Polşa Xarici İşlər Naziri] Radoslav Sikorski Polşa Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyini ləğv etmək qərarına gəlib”, – Polşa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən mesajda deyilir. Missiyanın vəzifələri Polşanın BMT-nin Vyana ofisindəki Daimi Nümayəndəliyinə veriləcək.
Polşa 1973-cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Konfransın ilk iclasında iştirak edən ölkələrdən biri olmuşdur. Respublika sonuncu dəfə təşkilata 2022-ci ildə sədrlik edib. ATƏT-in strukturlarından birinin – Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərargahı Varşavada yerləşir. (Tass)