Belarusun Ukrayna ilə sərhəddə vəziyyətin inkişafı üçün istənilən ssenariyə cavabı var. Bu barədə Belarus prezident administrasiyasının rəhbəri Dmitri Krutoy jurnalistlərə cənub sərhədində artan gərginliyi dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Bizim istənilən ssenariyə cavabımız var, ona görə də Ukrayna tərəfinin tamamilə lazımsız hər hansı təxribata başlamasını istəməzdik”, – Krutoy bildirib.
Onun sözlərinə görə, Belarus tərəfi vəziyyəti diqqətlə izləyir. “Hərbçilərimiz münaqişə başlayandan bəri cənub sərhədimizdə vəziyyəti çox diqqətlə izləyir, biz bunu hələ qiymətləndirmirik, hələ də monitorinq rejimindəyik”, – deyə prezident administrasiyasının rəhbəri əlavə edib. (Tass)