Böyük Britaniya hökuməti Ukrayna sakinlərinə humanitar yardım göstərmək üçün əlavə 45,5 milyon avro ayıracaq. Bu barədə Krallığın baş naziri Rişi Sunakın ofisinin Avropa Siyasi Birliyinin Qranadada başlanacaq sammiti ərəfəsində yaydığı məlumatda deyilir.
“Liderlərin danışıqları Ukraynanı hava hücumundan müdafiə sistemləri, qırıcı təyyarələr və uzaqmənzilli silahlarla təmin etmək üçün avropalı tərəfdaşların davam edən işi, həmçinin [Rusiya Prezidenti Vladimir] Putinin təşkil etdiyi blokadaya son qoymaq səylərinə diqqət yetirəcək”, – ofisdən bildirilib. “Baş nazir həmçinin ukraynalılara bu münaqişənin ikinci qışından sağ çıxması üçün humanitar yardım üçün əlavə vəsaiti təsdiq edəcək”, – Downing Street əlavə edib.
Sammitdə Sunak rəsmi olaraq elan edəcək ki, BMT və xeyriyyə təşkilatları Londondan 34 milyon avro alacaqlar ki, bu da ukraynalıları qışdan əvvəl ev və isti geyimlə təmin etməyə kömək etməlidir. Ukraynalı ev təsərrüfatlarını elektrik enerjisi ilə təmin etmək üçün daha 11,5 milyon avro ayrılıb. Bundan əvvəl Böyük Britaniya “Ukrayna hökumətinə bu qışda 3 milyon ailəyə həyati vacib ödənişləri təmin etmək imkanı vermək” üçün 500 milyon dollar kredit zəmanəti verib.
Qranadada keçirilən görüşlərdə baş nazir əsas diqqəti Ukraynadakı vəziyyət və süni intellekt texnologiyalarından təhlükəsiz istifadə ilə bağlı məsələlərə yönəltmək niyyətindədir. Sunak həmçinin qeyri-qanuni miqrasiya ilə mübarizədə Belçika, Bolqarıstan və Serbiya ilə yeni müqavilələr elan etməyi də gözləyir. (Tass)