Ukrayna Nazirlər Kabineti növbəti üç il ərzində minimum əmək haqqının və yaşayış minimumunun artırılmasından imtina etməyi təklif edir. Bu barədə Ukrayna parlamentinin üzvü Yaroslav Jeleznyak 2025-2027-ci illər üçün büdcə bəyannaməsindəki məlumatlara istinadən məlumat verib.
Onun Telegram kanalında dərc olunan sənədə görə, “2025-2027-ci illərdə minimum əmək haqqı 8000 qrivna (təxminən 200 dollar) təşkil edəcək ki, bu da 2024-cü ildə əhəmiyyətli artım nəzərə alınmaqla əldə edilmiş təminat səviyyəsini təmin edəcək”. Sosial ödənişlərin məbləği minimum əmək haqqının və yaşayış minimumunun ölçüsündən asılıdır ki, bu da indi artmayacaq.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondu Ukraynadan sosial ödənişlərin artımını dayandırmağı tələb edib. Gəlirlərin böyük hissəsi ordunun maliyyələşdirilməsinə yönəldiyindən ölkə büdcənin doldurulmasında ciddi problemlər yaşayır. Ukraynanın 2024-cü il üçün büdcə kəsiri 43,9 milyard dollar səviyyəsində planlaşdırılır. (Tass)