Kamboca hakimiyyəti Braziliya və Çinin Ukraynadakı münaqişənin həlli planını dəstəkləyir. Bu barədə krallığın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin mətbuat katibi Çam Sunri bildirib.
“Vurğulamaq istəyirəm ki, Kamboca Çin-Braziliya altı bəndlik planını dəstəkləyir, onun dörd əsas vəzifənin həllində effektivliyini dərk edir”.
O izah edib ki, Kamboca Xarici İşlər Nazirliyi “dörd ən mühüm vəzifə”ni “gərginliyin daha da artmasının qarşısını almaq və Moskva ilə Kiyev arasında dialoq üçün əlverişli atmosfer yaratmaq, humanitar böhranın nəticələrini yumşaltmaq, nüvə böhranının qarşısını almaq, habelə ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsinə və tədarük zəncirlərinin sabitləşməsinə kömək kimi”-vəzifələrin əhəmiyyətini dərk edir.
Mayın 23-də Çinin xarici işlər naziri Vanq Yi ilə Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim arasında keçirilən görüşdən sonra tərəflər birgə bəyanat yayıblar ki, Ukraynadakı münaqişənin həllinin yeganə yolu dialoq və danışıqlardan keçir. Çin və Braziliya bütün tərəflərin bərabər iştirakı və bütün sülh planlarının müzakirəsi ilə “uyğun vaxtda” beynəlxalq konfrans keçirməyi təklif etdilər.