Aİ Ukraynaya ABŞ-ın dayandırdığı yardımı kompensasiya etmək iqtidarında deyil, ona görə də Brüssel Vaşinqtonun bu qərarına yenidən baxmasını və Kiyevə dəstəyi bərpa etməsini gözləyir, Aİ-nin xarici siyasət komissarı Josep Borrell Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammitinə gələrkən deyib.
“Əlbəttə, Avropa ABŞ-ı əvəz edə bilməz, – deyə o bildirib. “Əlbəttə, biz daha çox şey edə bilərik, lakin ABŞ Ukraynaya kömək etmək üçün əvəzsizdir”.
“Mənim ümidim, ukraynalıların ümidi odur ki, Birləşmiş Ştatlar bu qərara yenidən baxmaq və Ukraynaya dəstəyi bərpa etmək yollarını axtaracaq”, – Borrell bildirib. (Tass)