Ukraynanın dövlət sanksiya siyasətinin həyata keçirilməsi üzrə idarələrarası işçi qrupu məhsulları Rusiya Federasiyasında satılan gürcü və erməni şərabçılarına qarşı sanksiyaların tətbiqi məsələsinə baxır. Bu barədə Ukraynanın “Economic Truth” nəşri yazır.
Onun məlumatına görə, Ukrayna şərab istehsalçılarını birləşdirən “Ukrvinprom” korporasiyası mayın sonunda Ukraynanın Təhlükəsizlik Xidmətinə (SBU) məhsulları həm Ukrayna, həm də Rusiyada təqdim olunan bəzi gürcü və erməni şərabçılarına qarşı sanksiyaların tətbiqi tələbi göndərib. Məktubda 17 müəssisənin, o cümlədən məşhur Ararat və Sarajişvili brendlərinin və gürcü şərablarının “Askaneli Brothers” istehsalçılarının siyahısı göstərilir.
Onların 10 il müddətinə ticarət əməliyyatları aparmasına qadağa qoyulması, lisenziyalarının ləğvi və aktivlərinin dondurulması təklif edilir. “Təqdim olunan tədbirlər Ukrayna pərakəndə satış şəbəkələrinin sanksiyalar siyahısında olan müəssisələrdən məhsulların Ukraynada idxalının qarşısını almaq üçün kifayət edəcək, əgər qərar dövlət sanksiya siyasətinin həyata keçirilməsi üzrə idarələrarası işçi qrupu tərəfindən təsdiqlənərsə, gömrük məhsulların satışına icazə verməyəcək. “İqtisadi Pravda”ya “Ukrvinprom”un baş direktoru Vladimir Kuçerenko izah edib. (Tass)