ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 Rivet Joint elektron kəşfiyyat təyyarəsi Belarus və Kalininqrad vilayəti sərhədləri yaxınlığında uçub. Bunu Flightradar xidmətinin məlumatları sübut edir.
Nömrəsi 64-14841 JAKE17 olan təyyarə Böyük Britaniyadakı Mildenhall Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq Polşa və Litvaya doğru hərəkət edib. O, Kalininqrad vilayətinin, Belarusun, eləcə də Baltik dənizinin sərhədi yaxınlığında uçub, bundan sonra Britaniya aviabazasına qayıdıb.
Çox güman ki, təyyarə Rusiya və Belarus arasında taktiki nüvə silahlarının sınaqdan keçirilməsi ilə mümkün təlimləri izləmək üçün göndərilib.