Türkiyə prezidenti Ərdoğan Kayseridəki iğtişaşları müxalifətin zəhərli olması ilə əlaqələndirib
Türkiyənin cənubundakı Kayseri vilayətində iğtişaşlar müxalifətin “zəhərli danışığı” ucbatından baş verib. RİA Novosti xəbər verir ki, bunu respublika prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Sığınacaq axtaran şəxslərə qarşı nifrət və ksenofobiya oyatmaq heç bir nəticə verməyəcək. Müxalifətin bu zəhərli arqumentləri dünən Kayseridə bir qrup şəxs tərəfindən törədilən insidentə səbəb olub. Ölkəmizdə vandalizm, küçələrin yandırılması yolverilməzdir”, – deyə dövlət başçısı bildirib.
Ərdoğan əlavə edib ki, ayrı-seçkilik və marjinallaşma “Türkiyənin hakim partiyasının siyasətində yeri yoxdur və olmayacaq”.