Amerikalı Boquslavskaya: Baydenin seçkilərdə əvəzlənməsi ehtimalı azdır
Qarşıdan gələn ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Baydenin əvəzlənməsi ehtimalı aşağıdır. “İzvestiya” xəbər verir ki, bunu Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin Amerikaşünaslıq kafedrasının baş müəllimi Yuliya Boquslavskaya deyib.
“Bayden yalnız istəsə namizədliyini geri götürə bilər (…) Bundan əlavə, yeni namizədin irəli sürülməsi demokratlara çoxlu problemlər gətirəcək, çünki bu halda onun legitimliyi ilə bağlı suallar ortaya çıxacaq. Praymerizdə seçicilər Baydenə səs veriblər”, – ekspert bildirib.
Boquslavskaya qeyd edib ki, hazırkı Amerika liderinin ikinci müddətə namizədliyinin irəli sürülməsi “ənənəvi yanaşma”dır. Xüsusilə, o izah etdi ki, əvvəllər prezident vəzifəsində çalışmış şəxsin yenidən seçilmək şansı daha yüksəkdir.
Lenta.ru