Almaniya və Polşa Rusiyadan gələn təhdidlə əlaqədar NATO qüvvələrinin NATO-nun şərq cinahında mövcudluğunun gücləndirilməsi imkanlarını müzakirə etmək niyyətindədir. Bu barədə Reuters agentliyi iki ölkənin ixtiyarında olan birgə fəaliyyət planına istinadən məlumat yayıb.
“Biz Şimali Atlantika Alyansı ölkələri arasında siyasi birliyi və Şimali Amerika müttəfiqlərinin Avropada, o cümlədən onun şərq cinahında optimal mövcudluğunu təmin etmək üçün çalışacağıq”, – agentlik sənəddən çıxarışlara istinad edir.
Berlin və Varşava həmçinin Ukraynaya hərbi yardım göstərmək, o cümlədən Leopard 2 tanklarının təmiri və texniki xidməti ilə bağlı hökumət səviyyəsində əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bildiriblər.
İki ölkənin birgə planları barədə məlumat Almaniya kansleri Olaf Şolzun Varşavaya səfəri, onun Polşanın baş naziri Donald Tusk ilə görüşü və Almaniya ilə Polşa arasında hökumətlərarası məsləhətləşmələrdə iştirak etməsi fonunda ortaya çıxıb. (Tass)