İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətində iştirakda şübhəli bilinərək 15 nəfəri saxlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Hərbçilər bildiriblər ki, reydlər böyük Nablus və Hebron şəhərlərində, eləcə də İordan çayının qərb sahilindəki qəsəbə və kəndlərdə həyata keçirilib. Mətbuat xidməti əlavə edib ki, Nablusda iki silah emalatxanası aşkar edilərək “zərərsizləşdirilib”.
Ordu departamenti bildirib ki, bütün məhbuslar əlavə araşdırma üçün yəhudi dövlətinin təhlükəsizlik xidmətlərinə təhvil verilib;
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayandan bəri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 4150-yə yaxın adam saxlanılıb. Onlardan təxminən 1750 nəfəri Fələstinin HƏMAS radikal hərəkatı ilə əlaqədə şübhəli bilinir. (Tass)