İsrail Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bunu Yəhudi Dövlətinin xarici işlər naziri İsrail Katz azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığından sonra deyib.
“Mən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Yaxın Şərqdə baş verən hadisələrə və digər mövzulara həsr olunmuş söhbətim oldu, ölkələrimiz arasında mövcud olan sıx və dostluq münasibətlərinə görə ona təşəkkür etdim”, o, X (keçmiş Twitter) yazıb.
“İsrail ilə Azərbaycan arasında əlaqələr güclüdür və biz onları daha da genişləndirməyi planlaşdırırıq”, – Katz əlavə edib. (Tass)