Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlərin davamı olaraq Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivi ərazisində qanunsuz hasarlama işlərinin aparılması faktları aşkar edilib.FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilən hasarlar sökülüb.