Rusiya səfiri Valeryan Şuvaev 69 yaşında Əlcəzairdə qəflətən vəfat edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Nazirliyin və Yaxın Şərq və Şimali Afrika Departamentinin rəhbərliyi dərin təəssüf hissi ilə bildirir ki, 2024-cü il iyulun 3-də Rusiya Federasiyasının Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlcəzairdə qəflətən dünyasını dəyişib”, – deyə diplomatik nümayəndəlikdən bildirilib. şöbəsi məlumat yayıb. (Tass)