Ermənistan və Türkiyə münasibətlərin normallaşmasına yönəlmiş kifayət qədər sağlam dialoq aparır. Bunu Tbilisidə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşündə deyib.
“Biz Türkiyə ilə münasibətlərimizi tənzimləməyə, diplomatik əlaqələr qurmağa, sərhədləri açmağa tam hazırıq, biz artıq əldə olunmuş razılaşmaları həyata keçirməyə hazırıq, bu razılaşmaları yerlərdə həyata keçirməyin vaxtı çatıb. ”, – deyə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Bundan əvvəl Ermənistan və Türkiyə sərhədləri üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açmaq barədə razılığa gəliblər. (Tass)