İyul 27, 2025-8:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BMU-nu 97.8 balla bitirən məzun magistratura təhsilini süni intellekt ixtisası üzrə davam etdirəcək

2024:07:04 - 14:10
in SOSİAL
A A

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin kompüter mühəndisliyi ixtisasından məzun olan Mais Şabanov 97.8 balla 2024-cü il üzrə ali məktəbin birincisidir.Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Bildirilib ki, Qax rayonunun 2 nömrəli tam orta məktəbini 2020-ci ildə qızıl medalla bitirən M.Şabanov Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 659.7 bal toplayaraq yüksək göstəriciyə imza atıb. O, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, həyatımızın ayrılmaz bir parçasına çevrildiyi bir zamanda kompüter mühəndisliyi ixtisasının önəminin artdığını nəzərə alaraq, bu sahə üzrə ən yaxşı təhsil verən universitetləri araşdırıb və tədris üçün yaradılan imkanlarına, elmi-pedaqoji heyətinin peşəkarlığına, müasir və keyfiyyətli təhsil verdiyinə görə BMU-nu seçib.M.Şabanov ali təhsil aldığı dövrdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Heydər Əliyev adına təqaüd”ün 100 nəfər sahibindən biri olub. Universitetin ictimai işlərində hər zaman fəallıq göstərib. Çox çalışmaq, keçirilən bütün fənləri eyni şəkildə öyrənmək, imtahanlara ciddi və məsuliyyətlə hazırlaşmaq ona universitet birincisi olmaq şansı qazandırıb.Builki magistratura imtahanlarında uğur qazanan BMU məzunu süni intellekt ixtisasını seçib.BMU-da oxuduğu müddətdə ixtisasının sirlərinə yiyələnməkdə əməyi keçən müəllimlərinə və hər addımında onu dəstəkləyən valideynlərinə minnətdar olan M.Şabanov ali təhsilində bundan sonra da nümunəvi olacağını, qazandığı bilik və bacarıqları Azərbaycanın gələcək inkişafı yolunda sərf edəcəyini bildirib.

Əvvəlki Yazı

Ekspert: Azərbaycanın ŞƏT-ə üzvlüyü logistika dəhlizlərinin inkişafına töhfə verəcək

Növbəti Yazı

Prezidentin ŞƏT-in Zirvə toplantısına fəxri qonaq kimi dəvət edilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.