Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətləri təşkilatın Əfqanıstan üzrə Təmas Qrupunun fəaliyyətini bərpa etməyə dəvət edir. Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Astanada ŞƏT sammitində çıxışı zamanı deyib.
“Mən əminəm ki, Kabillə dialoqun davam etdirilməsi bütün regionun təhlükəsizliyi və iqtisadi inkişafının maraqlarına cavab verir aktual olaraq qalır”, – Özbəkistan lideri bildirib.
Onun fikrincə, Mərkəzi Asiyanın tərkib hissəsi olan Əfqanıstandakı vəziyyət regional sabitliyə birbaşa təsir göstərir.
Mirziyoyev çıxışında ŞƏT-in gələcək inkişafı prosesinə sadiqliyini və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri qəbul etməyə hazır olduğunu bildirib. “Mən Özbəkistanın ŞƏT çərçivəsində çoxşaxəli tərəfdaşlığın daha da genişləndirilməsinə sadiqliyini bir daha təsdiq edirəm”, – deyə o əlavə edib. (Tass)