Çinin sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvlərini dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparmağa və assosiasiyanın siyasi partiyalarının forumunu keçirməyə çağırıb.
“Biz üzv dövlətlər arasında dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsini aktivləşdirməyi, vaxtında ŞƏT siyasi partiyalarının forumunun keçirilməsini təklif edirik”, – deyə o, Astanada ŞƏT plus formatında keçirilən görüşdə bildirib. (Tass)