Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələr terrorizmə qarşı birgə təlimlərə və narkotiklərlə mübarizə əməliyyatlarına assosiasiyadakı tərəfdaşları və müşahidəçiləri dəvət etmək təcrübəsini davam etdirməlidirlər. Bunu Tacikistan Prezidenti Emoməli Rəhmon ŞƏT plus formatında keçirilən sammitdə çıxışı zamanı deyib.
“ŞƏT-in himayəsi altında keçirilən antiterror təlimlərinə və narkotiklərlə mübarizə əməliyyatlarına müşahidəçilərin və dialoq üzrə tərəfdaşların dəvət edilməsi praktikasını davam etdirmək lazımdır”, – o deyib.