Taylandın Milli Spirtli İçkiyə Nəzarət Komitəsi buddist bayramları zamanı ölkənin altı ən böyük beynəlxalq hava limanında sərxoşedici içkilərin satışına icazə verilməsi barədə göstəriş verib. Bu barədə “Bangkok Post” məlumat yayıb .
Beləliklə, Taylandın hava limanları, o cümlədən Suvannaphum və Phuket, Buddistlər üçün müqəddəs günlərdə spirt satışına icazə veriləcək yeganə ərazilərə çevriləcək – Asankha Bucha (iyul və ya avqustun əvvəlində qeyd olunur), Visakha Bucha (may və ya iyun), Makha Bucha (fevral və ya mart aylarında), həmçinin iyuldan oktyabr ayına qədər yağışlı mövsümdə davam edən Buddist orucunun ilk və son günləri. Belə bir tədbirin səyahət xərclərinin artmasına və bütövlükdə turizm sənayesinin inkişafına kömək edəcəyi gözlənilir. Lakin səlahiyyətlilər qərarın nə vaxt qüvvəyə minəcəyini dəqiqləşdirməyiblər. (Tass)