Macarıstanın baş naziri Viktor Orban iyulun 5-də Rusiya prezidenti Vladimir Putinlə görüşü xüsusi adlandırıb. Onun sözlərini “Rossiya-24” telekanalı yayımlayıb.
“Bu, bizim ilk iclasımız deyil, lakin bugünkü görüş, qeyd etdiyiniz kimi, iyulun 1-dən rotasiya əsasında Macarıstanın Aİ Şurasının sədri olduqdan sonra baş tutdu. Bizim əvvəlki görüşümüz isə müharibə başlamazdan əvvəl, 2022-ci ilin fevralında olub. Bu iki görüşü fərqləndirən budur”. (Tass)