Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfərindən qəzəblənib, çünki bu barədə Kiyevlə razılaşdırılmayıb. Bu barədə diplomatik idarənin mətbuat xidməti məlumat yayıb.
“Macarıstanın Baş naziri Viktor Orbanın 2024-cü il iyulun 5-də Moskvaya səfəri ilə əlaqədar Xarici İşlər Nazirliyi qeyd edir ki, bu səfərlə bağlı qərar Macarıstan tərəfi tərəfindən Ukrayna ilə razılaşma və ya koordinasiya olmadan qəbul edilib”, – bəyanatda deyilir. (Tass)