Macarıstanın baş naziri Viktor Orban öz Facebook səhifəsində Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən Ukrayna münaqişəsində sülhə çağıran fotoşəkilləri yerləşdirib.
Baş nazir görüşdən fotonun altında “Sülh əldə edilməli olan şeydir” yazıb.
Orbanın Moskva səfəri iyulun 2-də Kiyevə səfərindən sonra olub. Macarıstanın baş naziri Ukrayna prezidenti Vladimir Zelenskiyə atəşkəs üçün şərtlər təklif etsə də, o, onları rədd edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib ki, Ukrayna mövzusu iki lider arasında Moskvada danışıqların mövzularından biri olacaq. Görüşü açan Putin hazırda Aİ-yə sədrlik edən Macarıstanın təkliflərini dinləməyə hazır olduğunu bildirib. (Tass)