Həmin şəxs 2023-cü ilin dekabrında 300 qram marixuana ilə saxlanılıb
/TASS/. İraqda narkotiklə əlaqəli cinayətlərə görə 35 yaşlı İsveç vətəndaşı ölüm cəzasına məhkum edilib. Bu barədə SVT telekanalı Krallığın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Hökmə əsasən, 2023-cü ilin dekabrında İraqa gedən şəxs Bağdadda 300 qram marixuana ilə saxlanılıb. Məhkumun yaxınları və vəkilinin sözlərinə görə, o, cinayəti işgəncə altında törətdiyini etiraf edib.
Bundan əvvəl Xarici İşlər Nazirliyi İraqda ilkin instansiyada edam cəzasına məhkum edilmiş daha üç isveçliyə hökm oxunması ilə əlaqədar İraqın müvəqqəti işlər vəkilini çağırdığını bildirmişdi. İraqlı diplomata İsveçin “İraqda isveçlilərə edam hökmü verilməsinə sərt etirazları və ölüm hökmünün icra edilməməsini tələb etdiyi” izah edilib və “İraqın konsulluq məsələlərində beynəlxalq öhdəliklərinə hörmət etməsi tələbləri irəli sürülüb. ”
Yanvarın əvvəlində İsveçin “Fokstrot” cinayətkar qruplaşmasının iyerarxiyasında yüksək vəzifə tutan şəxs Bağdadda güllələnib. Qətlə şərik olmaqda şübhəli bilinən üç İsveç vətəndaşı saxlanılıb. İsveç Xarici İşlər Nazirliyi indi onların birinci instansiya məhkəməsinin qərarına əsasən ölüm cəzası aldıqlarını təsdiqləyib.