İyun 19, 2025-12:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

AZƏRBAYCANIN SƏNƏTKARLARI Səadət Fərzəliyeva: Həmişə arzulamışam ki, nənəmin sənətini davam etdirim və xalça toxuyum

2024:07:05 - 18:03
in MƏDƏNİYYƏT
A A

AZƏRTAC Azərbaycanın sənətkarları haqqında məqalələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz Quba şəhərində yaşayan xalça ustası Səadət Fərzəliyevadır.Səadət xanım 1995-ci ildən “Qədim Quba” özəl xalça MMC-də çalışır, dəfələrlə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. Həmsöhbətimizin həyatı sənətə həvəsin və qabiliyyətin irsən ötürülə biləcəyinin bariz nümunəsidir. O deyir: “Nənəm xalça toxuyurdu və həmişə onun sənətini davam etdirməyi, bu işlə məşğul olmağı arzulamışam. Uşaqlıq illərində xalçanın toxunması prosesini izləmişəm, onun rəngləri, naxışları ilə maraqlanmışam”.Məktəbi bitirən Səadət xanım xalçaçılıq sənətini öyrənmək qərarına gəlir və bu gün də çalışdığı müəssisədə işə düzəlir. O qeyd edir: “Altı ay ərzində təhsil aldıqdan sonra məni xalça ustası vəzifəsinə qəbul etdilər və hazırda burada çalışmağa davam edirəm”.

Həmsöhbətimiz bildirir ki, xalçanı toxumazdan əvvəl onun ölçülərini nəzərə almaq lazımdır: “Adətən usta bir kvadratmetri, bəzən isə 0,8 və ya 0,6 kvadratmetri bir ay müddətində toxuya bilir. Bu, onun əllərinin çevikliyindən asılıdır. Yəni, təxminən bir metr eni və iki metr uzunu olan xalçanın toxunmasını 3-4 aya başa çatdırmaq mümkündür”.

Xalçatoxuma istedad, riyazi hesablamalar aparmaq bacarığı və təmkin tələb edir. Usta deyir: “Sənətimiz diqqət və dəqiqlik tələb edir. Bizim üçün xalça toxumaq çətin iş deyil, amma bəzi insanlar bunu mürəkkəb proses hesab edirlər. Hər şey maraqdan və insanın zövqündən asılıdır”.Səadət xanımın sözlərinə görə, toxuduğu xalçanı görəndə, habelə tərif və heyranlıq sözləri eşidəndə, bu məhsulun onun yaradıcılığının bəhrəsi olması ilə fəxr edir: “Sənətini sevən hər kəs işinin nəticəsi ilə fəxr etməlidir, mən də istisna deyiləm”.Söhbətdə “Qədim Quba” özəl xalça MMC-nin direktoru Humayə Məmmədova da iştirak edir.Direktor deyir: “Rayonumuz bütün dünyada almaları və xalçaları ilə məşhurdur. Xalçaçılıq qubalıların xalq sənətidir, onun tarixi əsrlərə gedib çıxır. Xalçalarımız incəliyi, sıxlığı, kiçik elementləri, çoxlu rəng çalarları və unikal naxışları ilə seçilir”.Humayə xanımın dediyi kimi, Qubada xalçaların adları onların yarandığı yerlərlə bağlıdır.

“Məsələn, Çiçi kəndində xalçalar “Çiçəkli Çiçi”, “Alçagül Çiçi”, “Xırdagül Çiçi”, həmçinin Alpan, Cimi kimi kəndlərin adlarını daşıyır”, -deyə Humayə xanım sadalayır.“Qədim Quba” özəl xalça MMC-nin direktoru qubalıların adət-ənənəsindən də danışıb: “Qubada belə bir adət var – ailə quran qız cehiz kimi özü ilə əl işi xalça götürməlidir”.Lakin Humayə xanımın qeyd etdiyi kimi, son illər gənclərin xalçaçılığa marağı xeyli azalıb.“1990-cı illərdə bu sənəti öyrənməyə çoxlu qızlar gəlirdi, lakin son 12 il ərzində vəziyyət dəyişib”, -deyə direktor əlavə edir.Həmsöhbətimiz xalçaların həm yerli sakinlər, həm də əcnəbilər tərəfindən bəyənildiyi qənaətindədir: “Turistlər bizə gəlir, ustalarımızın işinə baxır, onların toxuduqları xalçalara heyran olurlar”.Direktor, həmçinin bu sənətin əhəmiyyətini qeyd edib: “Xalçaçılıq tariximizi, mədəniyyətimizi yaşadan, əcdadlarımızın məharətini nəsildən-nəslə ötürən, böyük zəhmət və səbir tələb edən sənətdir”

Əvvəlki Yazı

Le Pen: “Milli Ralli partiyasını ifrat sağçı adlandırmaq düzgün deyil”

Növbəti Yazı

İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib – YENİLƏNİB

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.