Suriya ordusunun artilleriyası Homs şəhərində hərbi məktəbə hücum edən dəstələrin bazalarına iri raket və minaatanlardan zərbələr endirib.
Telekanalın məlumatına görə, vurulan bütün hədəflər tamamilə məhv edilib, düşmən canlı qüvvə və texnikada xeyli itki verib.
Suriyanın səhiyyə naziri Həsən əl-Qabaş oktyabrın 5-də bildirib ki, hücum üçün pilotsuz təyyarələrdən istifadə edilən terror aktı nəticəsində 80 nəfər həlak olub . Daha sonra Səhiyyə Nazirliyi dəqiqləşdirib ki, ölənlərin sayı 5-i uşaq, 31-i qadın olmaqla 81 nəfərə çatıb. Yaralıların sayı 240-a çatıb. (Tass)