İran Seçki Komissiyası prezident seçkiləri üçün səsvermə vaxtını üçüncü dəfə uzadıb. Bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami IRIB telekanalının efirində bildirib.
“Ölkənin daxili işlər nazirinin [Əhməd Vahidinin] razılığı ilə ölkə üzrə seçki məntəqələrinin iş saatları bu dəfə saat 00:00-a qədər uzadılıb”, – Eslami bildirib. Artıq səsvermə vaxtı iki dəfə uzadılıb, əvvəlcə yerli vaxtla saat 18:00-dan 20:00-a, sonra isə 22:00-a qədər. Üçüncü uzadılma çox güman ki, sonuncu olacaq və bundan sonra səslərin hesablanması başlayacaq. İyunun 28-də keçirilən birinci turda da müddət üç dəfə uzadılıb və seçki məntəqələri yerli vaxtla gecə yarısı bağlanıb. (Tass)