İyun 14, 2025-1:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycan Prezidentinin Merih Demirelə dəstəyi Türkiyə mediasında geniş işıqlandırılıb

2024:07:06 - 15:11
in GÜNDƏM, MARAQLI, SON DƏQİQƏ
A A

Türkiyənin “Haber Global” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli futbolçu Merih Demirelə dəstəyi geniş işıqlandırılıb.

“Report” xəbər verir ki, idman şərhçisi Fatih Demirkol bunun ciddi dəstək olduğunu deyib:

“O, bu ikili standartları qınadı. Prezident İlham Əliyev “Yaşasın türk dünyası” deməklə söyləyib ki, kimsə bizə təzyiq edə bilməz. Azərbaycan dövlət başçısı bizim birlikdə olduğumuzu və bu problemin də öhdəsindən gələcəyimizi diqqətə çatdırıb. Biz Azərbaycan Prezidenti kimi davranmalı, soyuqqanlı şəkildə deməliyik ki, biz güclüyük”.

F.Demirkol bildirib ki, indi soyuqqanlı davranışa ehtiyac var.

“Haber Global”ın başqa bir verilişində də Azərbaycan liderinin M.Demirelə dəstəyi işıqlandırılıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev özünün sosial media hesabında M.Demirelə qarşı haqsız cəzanı sərt şəkildə qınayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 6-da “X” hesabında Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edib: “Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”, – dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Merih Dəmiral iyulun 3-də Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. Buna görə UEFA futbolçunu cəzalandırıb. 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.

Əvvəlki Yazı

İran lideri ölkənin yeni prezidentinə İbrahim Rəisinin yolunu davam etdirməyi tövsiyə edib

Növbəti Yazı

Yaponiya və Böyük Britaniyanın baş nazirləri Ukrayna və Yaxın Şərqi müzakirə ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.