Keniyada etirazlar zamanı parlamentin maliyyə komitəsinin sədri Kuria Kimaninin evini qarət etməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb. Bu barədə “Nation” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, araşdırma zamanı ev sahibi mebel, avadanlıq və mal-qaranı geri qaytara bilib.
İyunun sonunda bir qrup etirazçı Kimaninin Nakurudakı evinə daxil olub, evdəki əmlakı qarət edib və dağıdıb. (Tass)