İsrailin təcavüzü halında İran Livana yardım edəcək. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.
“Livana qarşı istənilən təcavüz regionda qeyri-sabitliyə və gərginliyin artmasına gətirib çıxaracaq. İran Livanı dəstəkləməyi xarici siyasətinin prinsiplərindən biri hesab edir və lazımi vaxtda Livana yardım göstərmək imkanını nəzərdən keçirir”, – diplomat İranın yeni prezidenti seçildikdən sonra ilk mətbuat konfransında bildirib. Yayımı IRIB telekanalı həyata keçirib.
Kənani İranın ruhani lideri Ayətullah Əli Xamneyinin müşaviri və İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazinin bəyanatını belə şərh edib. İyulun 2-də Xarazi bildirib ki, əgər İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlayarsa, Tehran şiə Hizbullah hərəkatını tam dəstəkləyəcək. (Tass)