Heç bir ciddi adam Rusiyanın NATO-ya hücum etmək niyyətindən danışa bilməz. Bu fikri Macarıstanın baş naziri Viktor Orban “Bild” qəzetinin baş redaktor müavini Pol Ronzeymerə müsahibəsində bildirib.
“Heç bir ciddi adam deyə bilməz ki, Rusiya NATO-ya hücum etmək niyyətindədir”, – Orban bildirib. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı planetin ən güclü hərbi icması olduğu üçün bu, prinsipcə, dünyanın heç bir ölkəsi üçün mümkün deyil. Baş nazirin nöqteyi-nəzərindən ruslar “rasionaldır, hiperrasionaldırlar”. Bununla belə, o hesab edir ki, alyansın birliyini qoruyub saxlamaq və onun nizamnaməsinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinə hörmət etmək lazımdır.
Qərb dəfələrlə “Rusiya təhlükəsi”ndən danışıb, hətta Rusiyanın alyans ölkələrindən birinə mümkün hücumu halında media “planlar” dərc edib. (Tass)
