Ukrayna prezidenti Vladimir Zelenski Polşa ərazisində Ukrayna legionunun könüllü hərbi birləşməsinin yaradılacağını bildirib.
Onun sözlərinə görə, hazırda Aİ ölkələrində olan Ukrayna vətəndaşları legiona qoşula biləcəklər. Onlar Polşada məşq edəcəklər.
“Biz öz təhlükəsizlik sazişimizdə Ukrayna-Polşa-Litva briqadasının Polşa ərazisində yeni könüllü hərbi hissəsinin yaradılmasını və təlimini müəyyən etmişik Hazırda Polşada, Litvada və digər Aİ ölkələrində olan Ukrayna vətəndaşlarına Ukraynanın müdafiəsinə könüllü qoşulmaq imkanı verəcəyik, Ukrayna legionu Polşada təlim keçəcək və tərəfdaşlarla təchiz olunacaq”, – deyə Zelenski Polşanın Baş naziri Donald Tuskla Varşavada mətbuat konfransı zamanı bildirib.
Zelenskinin sözlərinə görə, legionda olmağa qərar verən hər bir Ukrayna vətəndaşı ölkənin silahlı qüvvələri ilə müqavilə bağlaya biləcək. “İndi komandalarımız da bu təklifin bütün nüanslarını işləyəcəklər” deyib. (Tass)
