Yazıçı Stiven Kinq hesab edir ki, ABŞ prezidenti Co Bayden ikinci müddətə yenidən seçilməməlidir.
“Onun [Baydenin] Amerikanın maraqları naminə namizəd olmayacağını və yenidən prezidentliyə seçilməyəcəyini elan etmə vaxtıdır” deyə o, X-də (keçmiş Twitter) yazıb.
Amerikalı sahibkar İlon Mask Kinqin mesajını şərh edib. “Hətta Stiven Kinq ABŞ-ın keçmiş prezidenti Donald Trampa səs verəcək”, o qeyd edib.
Daha əvvəl amerikalı sənədli film prodüseri və demokrat donor Abigail Disney demişdi ki, Bayden yarışı tərk edənə qədər Demokrat Partiyasına ianə etməyəcək. Digər böyük Demokrat donor Netflix CEO-su Reed Hastings də Baydeni namizəd olmamağa çağırıb. (Tass)