2023-cü ilin oktyabrından bu anklavda hərbi əməliyyatlar aparan İsrail qüvvələrinin Qəzza zolağında son 24 saat ərzində 50 fələstinli həlak olub. Qəzza Səhiyyə Nazirliyi bu barədə rəsmi Telegram kanalında məlumat yayıb.
“Son 24 saat ərzində İsrail qüvvələrinin sektorun müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 50 nəfər ölüb, 130 nəfər yaralanıb”, – deyə departamentin açıqlamasında bildirilir. Səhiyyə Nazirliyi hazırda İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayının 38 243 nəfərə çatdığını, 88 033 nəfərin yaralandığını vurğulayıb. (Tass)