Avqust 25, 2025-22:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Aşqarlar Kimyası İnstitutunda ekoloji təhlükəsizliyə xidmət edən elmi tədqiqatlar genişləndirilir

2024:07:09 - 15:10
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planına uyğun olaraq ekoloji maarifləndirmə seminarları davam etdirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iyulun 9-da “Yaşıl energetika və onun perspektivləri” mövzusunda növbəti seminar təşkil edilib.

Tədbiri açan institutun icraçı direktoru professor Əfsun Sucayev bildirib ki, qlobal ekoloji problemlərin həlli, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Alimlər də müvafiq sahədə fundamental və tətbiqyönlü elmi araşdırmalar aparmaqla öz töhfələrini verməyə çalışırlar.

Ə.Sucayev qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən seminarların məqsədi də indiyə qədər yerinə yetirilmiş tədqiqatların nəticələrini müzakirə etmək və bundan sonra perspektiv fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir.Sonra Yanacaq kompozisiyaları laboratoriyasının aparıcı elmi işçisi Lalə Mahmudova “Yaşıl energetika və onun perspektivləri” mövzusunda geniş təqdimatla çıxış edib. O bildirib ki, çalışdığı laboratoriyada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən biri dizel yanacaqlarının setan ədədini artırmaq və onların istismarı zamanı tüstülənməni və zərərli qazların miqdarını azaltmaq məqsədilə bir sıra asetallar, ketallar və alkilfenollar əsasında metalsaxlayan birləşmələrin sintezi və tədqiqidir. Elmi işçi tərəfindən sintez edilmiş birləşmələrin yanacaqların saxlanılması və istismarı zamanı onlarda gedən proseslərə təsiri öyrənilib.L.Mahmudova onu da əlavə edib ki, laboratoriyada aparılan elmi-tədqiqat işlərinin bir istiqaməti də biodizel yanacağı əsasında ekoloji təhlükəsiz, yüksəkkeyfiyyətli aşqar və yanacaq kompozisiyalarının yaradılması ilə bağlıdır. Onun sözlərinə görə, laboratoriyada inkişaf etdirilən bu elmi istiqamətlər ölkə iqtisadiyyatının bir sıra məsələlərinin səmərəli şəkildə həll edilməsinə və ətraf mühitin ekoloji təhlükəsizliyinin qorunmasına imkan verəcək.Təqdimatla bağlı laboratoriya müdiri Yulduz Ramazanova, aparıcı elmi işçi Nüsrət Əliyev və digərləri öz fikirlərini bildiriblər.

Əvvəlki Yazı

BDU-nun 7 fakültəsi üzrə 10 nəfər professor vəzifəsinə təsdiqlənib

Növbəti Yazı

NATO-dakı İsveç Norfolkdakı komandanlığa hesabat verəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.