Rusiya ilə Hindistan arasında münasibətlər yeni məqsədlərə nail olmaqla inkişaf etməyə davam edəcək. Bunu Hindistanın baş naziri Narendra Modi Kremldə Rusiya və Hindistan nümayəndə heyətləri arasında rəsmi danışıqlar başlamazdan əvvəl deyib.
“Keçmiş təcrübəmizə əsaslanaraq əminliklə deyə bilərəm ki, biz gələcəkdə birgə işləyəcəyik, əməkdaşlığımızın bütün aspektlərini dərinləşdirəcək və yeni məqsədlərə nail olacağıq”.
Modi Putinə səmimi qəbula və iyun seçkilərində qələbəsi münasibətilə təbriklərinə görə təşəkkür edib. “Biz (Modi və onun tərəfdarları ) Hindistanda keçirilən seçkilərdə görünməmiş qələbə qazandıq və arzularınıza görə sizə təşəkkür edirəm və mart ayında siz də seçkilərdə qalib gəldiniz və bu münasibətlə sizi bir daha təbrik edirəm” deyib. (TASS)