İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Dəməşq-Beyrut magistral yolu ilə hərəkət edən İslam müqavimət döyüşçülərinin avtomobilini vurub.
Suriyanın “Şam FM” radiostansiyasının verdiyi məlumata görə , birbaşa zərbə nəticəsində avtomobil yanıb və içərisində olan hər kəs həlak olub. Hadisə Es-Sabbour çəngəlinin yaxınlığında baş verib.
Sonuncu dəfə İsrail PUA-sı mayın 18-də Dimas şəhəri yaxınlığında şiə Hizbullah milislərinin səhra komandirlərindən birinə məxsus avtomobilə hücum edib. Avtomobil magistral yol ilə Suriya-Livan sərhədinə doğru hərəkət edirdi. (Tass)