Avstriya kansleri Karl Nehammer Hindistanın baş naziri Narendra Modi ilə Ukrayna ətrafında sülh prosesinin yenidən başlaması imkanlarını müzakirə edib.
Nehammer Vyanada mətbuat konfransında deyib: “Bu gün biz daha çox iştirak və sülh prosesinin yenidən başlaması imkanlarını müzakirə etdik”.
Siyasətçinin sözlərinə görə, o, Hindistanın mövqeyini dinləmək və ona Avropa tərəfinin narahatlığını çatdırmaq istəyib. Modinin Moskvaya səfərini şərh edən Nehammer deyib ki, onun üçün hindistanlı həmkarının “Rusiyanın sülh prosesi ilə bağlı niyyətləri” ilə bağlı qiymətləndirməsini eşitmək vacibdir.
Modi iyulun 8-9-da Rusiya Federasiyasına səfər edib və burada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. (Tass)