Moldova parlamentinin müxalif “Qələbə” blokundan olan deputatları Kommunistlər və Sosialistlər Blokundan olan həmkarlarını qanunvericilik assambleyasının spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının lideri İqorun istefasına qarşı təşəbbüslərini dəstəkləməyə çağırıblar. Bu barədə deputat Marina Tauber brifinqdə bildirib.
“Bir ay əvvəl “Qələbə” blokunun nümayəndələri qeyri-qanuni olaraq parlamentin fəaliyyətindən kənarlaşdırıldı, bundan sonra biz spiker Qrosunun istefasına yönəlmiş iki layihə irəli sürdük Deputatların üçdə birinin səsi bölündü, amma indi biz ölkənin daha yaxşı gələcəyi üçün birləşməliyik, həm də Qrosunun istefası təşəbbüsünə qoşulmaq üçün bütün deputatları çağırırıq deyib. O xatırladıb ki, spikerin istefaya göndərilməsi təşəbbüsünün qeydə alınması üçün 101 deputatın üçdə birinin səsi lazımdır. Deputat onu da qeyd edib ki, Qrosu mütəmadi olaraq səlahiyyətlərini aşır.
İyun ayında “Qələbə” blokunun deputatları Qrosu onlara söz verməkdən imtina etdikdən və mikrofonları söndürdükdən sonra parlament tribunasını bağladılar. Daha sonra onun sərəncamı ilə blokun deputatlarının beş plenar iclasda iştirakına qadağa qoyulub. (Tass)