Dnestryanı bölgənin hakimiyyət orqanları terror aktları təhlükəsi ilə əlaqədar terror təhlükəsinin sarı kodunu daha 60 gün, sentyabrın 10-dək uzadıb. Fərmanı tanınmamış respublikanın prezidenti Vadim Krasnoselski imzalayıb.
“Terror təhlükəsinin sarı kodunu sentyabrın 10-dək uzadın”, – Dnestryanı rəhbərinin saytındakə sənəddə deyilir.
Dnestryanı bölgədə sarı səviyyə bir ildən artıqdır ki, qüvvədədir. 2022-ci ilin aprelində orada baş verən silsilə terror aktlarından sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Onlar qumbaraatanların Dövlət Təhlükəsizlik Nazirliyinin binasına hücumu ilə başlayıb, daha sonra Mayak kəndində rayonun ən böyük radio və televiziya mərkəzlərindən birinin antenaları partladılıb. Tiraspol və Rıbnitsa yaxınlığındakı hərbi aerodromlar, həmçinin Dnestryanı sülhməramlı kontingentin yerləşdiyi yer və 20 min tona yaxın döyüş sursatının saxlanıldığı Kolbasna kəndi yaxınlığındakı arsenal ərazisi hücuma məruz qalıb. Hücumlar zamanı xəsarət alan olmayıb. (Tass)