ABŞ Varşavanın Ukraynanın qərbi üzərində uçan raketləri Polşa ərazisindən vurmaq təklifinə şübhə ilə yanaşır və hesab edir ki, bu, Moskva ilə Kiyev arasında silahlı münaqişənin genişlənməsinə gətirib çıxara bilər. Bu barədə Polskie Radiosuna Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib .
“Beynəlxalq ictimaiyyət narahatlığını ifadə etdi və əlbəttə ki, münaqişənin qızışacağından qorxmağa haqqı var bu münaqişəni genişləndirmək istəmirəm”, – Kirbi bildirib.
İyulun 8-də Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlardan sonra Polşanın baş naziri Donald Tusk bildirib ki, Varşava NATO müttəfiqləri ilə Ukraynanın qərbi üzərində Polşa sərhədi yaxınlığında uçan raketlərin vurulması imkanını müzakirə edəcək. Bu müzakirəyə başlamaq zərurəti ilə bağlı məqam eyni gün Varşavada Tusk və Zelenski tərəfindən imzalanan müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq haqqında ikitərəfli sazişə daxil edilib. İyulun 9-da ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Polşa tərəfinin təşəbbüsü NATO-nun Vaşinqtonda keçiriləcək sammitində müzakirə mövzusuna çevrilə bilər. (Tass)