Sentyabr 12, 2025-0:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ekspedisiya: Aşkarlanan qalıqlar II Xələc yaşayış yerinin Antik dövrə aid olduğunu deməyə əsas verir

2024:07:10 - 17:54
in SOSİAL
A A

Şərur rayonunun Xələc kəndi ərazisində arxeoloji tədqiqat işləri aparılır.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məqsəd Azərbaycanın Yaxın Şərqlə sərhəd bölgəsində, xüsusilə Naxçıvan diyarında qədim arxeoloji mədəniyyətlərarası keçidin xüsusiyyətləri və Cənubi Qafqaz-Yaxın Şərq əlaqələrində yeri ilə bağlı faktları araşdırmaqdır.

Xələc arxeoloji ekspedisiyası AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi ilə iyun ayının 20-dən fəaliyyətə başlayıb. Bu gün AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi əməkdaşlarından ibarət komissiya qazıntı yerinə baş çəkib, aparılan araşdırmaların vəziyyəti ilə tanış olub.

Ekspedisiyanın rəhbəri Zeynəb Quliyeva komissiya üzvlərinə qazıntıların mahiyyəti və əldə olunan ilkin nəticələr barədə məlumat verib. Tədqiqatçı bildirib ki, ekspedisiya üzvləri ilk qazıntılara II Xələc yaşayış yerində başlayıb. Abidə cari ilin aprel ayında Xələc kəndi ərazisində aparılan kəşfiyyat araşdırmaları zamanı qeydə alınıb. İlkin qazıntılar zamanı müxtəlif dövrlərə aid keramika nümunələrinin qeydə alınması buranın çoxtəbəqəli abidə olduğunu göstərirdi. Lakin təbəqələr dərinləşdikcə üzə çıxarılan tikili qalıqları burada Antik dövrə aid yaşayış kompleksinin olduğunu deməyə əsas verir. Həmin dövrə aid Azərbaycanın Naxçıvandan şimaldakı bölgələrində (Ağdam, Ağdərə, Tərtər, Qəbələ) geniş arxeoloji tədqiqatlar aparılsa da, Naxçıvanda Neolit, Eneolit, Tunc dövrləri fonunda arxa planda qalmışdır. Bu baxımdan II Xələcdən aşkar edilən tapıntılar Naxçıvanda Antik dövr mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyətlidir.

Tədqiqatlar zamanı 3 qazıntı sahəsi açılıb. A sahəsində dördkünc formalı 2 binanın divarları 30-51 sm hündürlükdə sağlam şəkildə üzə çıxarılıb, ikinci binanın 2 divarı aşkarlanıb. Bu binada diqqət çəkən başlıca cəhətlərdən biri divarın çəhrayı rəngli keramik təbəqə ilə suvanmış olmasıdır. Keramik suvaq digər otağın suvağından daha səliqəli və möhkəmdir. Bir yerdə isə saxsı suvaqlı divar 45-47 sm enində boşluqla kəsilib. Məhz həmin boşluğun altından daş sütun altlığı aşkar edilib. Bu fakt həmin tikilinin Antik dövr saray binasına aid olması ilə bağlı ilkin fikir formalaşdırır. Qeyd etmək lazımdır ki, vaxtı ilə Oğlanqala yaşayış yerində bu tip sütun altlıqları qeydə alınıb. Həmçinin Sarıtəpə, Xınıslı, Qəbələ abidələrində saray tipli binalara aid sütunların daş bazaları aşkar olunub. II Xələcdə aşkar edilən tikili təkcə sütun altlığı və keramik suvanması ilə deyil, həm də açıq yaşıl gil qarışıqlı ağ kirəcli döşəməsi ilə mükəmməl bir memarlıq mədəniyyətini nümunəsidir.

Aşkarlanan nümunələr burada yaşayışın Dəmir, Tunc, qismən də Son Eneolit dövrü kimi daha qədim dövrlərə gedib çıxdığını göstərir. Maraqlıdır ki, bu dövrlərin daha qədim mərhələsinə aid keramika nümunələri I Xələc yaşayış yerindən aşkar edilmişdi. Bu iki yaşayış yerinin bir-birinin davamı olması ehtimalı da mövcuddur. Hələlik əldə edilən ilkin tapıntılar nisbi xronologiyanı e.ə. I minilliyin ikinci yarısı – eramızın III-IV əsrləri arasında müəyyənləşdirməyə imkan verir. Abidənin mütləq xronologiyası isə aparılacaq analizlərlə təyin olunacaq.

Qazıntı işləri iyulun 28-dək davam edəcək.

Əvvəlki Yazı

Ukrayna münaqişəni dayandırmaq və məğlub olmaq arasında seçim qarşısındadır-ekspert fikri

Növbəti Yazı

İsrailin xarici işlər naziri İrana qarşı sanksiyaya çağırış edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.