Avqust 25, 2025-21:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ceyhun Bayramov: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülhə maneədir

2024:07:10 - 18:36
in SİYASƏT
A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb.Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət müzakirə olunub.İki ölkə arasında qarşılıqlı səfərlərin, beynəlxalq tədbirlər zamanı təmasların əməkdaşlıq məsələlərinin müzakirəsinə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın perspektivlərini aktuallaşdırdığı vurğulanıb.Regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, xüsusilə Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən ətraflı bəhs olunub.Mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, geniş mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın hərbiləşmə siyasətinin sülh gündəliyinə təhdid törətdiyini diqqətə çatdırıb. Sülh sazişi üzrə danışıqlar barədə məlumat verən nazir Ceyhun Bayramov sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddialarının davamlı sülh üçün maneə olduğunu diqqətə çatdırıb.Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Ceyhun Bayramov belçikalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Növbəti Yazı

Moldova Sosialist Partiyası tərəfdarlarını Aİ-yə üzvlüklə bağlı referendumu boykot etməyə çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.