ABŞ hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişləri bağlamaq ehtimalına yaxındır. Bunu ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən əvvəl deyib.
Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, görüş “qazanılmış tərəqqi və görüləcək işləri qiymətləndirmək imkanı verəcək”. “Lakin bütün təmaslarımıza, o cümlədən son bir neçə həftəyə əsaslanaraq, əminəm ki, ölkələr ABŞ-ın fəal şəkildə dəstəkləyəcəyi yekun razılaşmalar əldə etməyə çox yaxındırlar”, – Blinken bildirib.
Azərbaycan prezidenti İlham Əliyev iyulun 1-də bildirib ki, Bakı və İrəvan sülh müqaviləsinin mətni üzərində işi bir neçə ay ərzində başa çatdıra bilərlər. Azərbaycan lideri vurğulayıb ki, sülh müqaviləsi yalnız Ermənistan konstitusiyasını dəyişdiyi halda imzalana bilər. Onun fikrincə, Ermənistan Konstitusiyasında “Azərbaycana qarşı ərazi iddiaları var”.