ABŞ yaxın günlərdə İsraili kritik sursatla təmin edəcək. Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk İsrailin müdafiə naziri Yoav Qalantı bu barədə əmin edib.
İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qalant və Makqurk Təl-Əvivdə görüş keçirib. “Söhbət əsnasında koordinator Makqurk Qalantı kritik sursatların çatdırılması barədə məlumatlandırdı, onlardan bəziləri yaxın günlərdə İsrailə göndəriləcək. Bu müzakirə Makqurk və ABŞ-ın digər yüksək səviyyəli liderləri ilə ABŞ-dakı görüşlərinin davamı idi” – məlumatda deyilir. (Tass)